Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:30

Mübariz Qurbanlı: 'Azərbaycanda reket mollalar var'


Mübariz Qurbanlı
Mübariz Qurbanlı

«Azərbaycanda reket jurnalistlər olduğu kimi, reket mollalar da var».

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 27-si ilin yekunlarına dair mətbuat konfransında bildirib.

O deyib ki, çox vaxt mətbuatda özünü hansısa molla kimi təqdim edənin davasını din xadimlərinin davası kimi təqdim edirlər: «Bu, yanlışdır. Araşdırsanız, görərsiniz ki məzarlıqda dalaşanların mollalıq etməyə icazəsi də yoxdur. Özü özünü molla kimi təqdim edir. Bunlar reket mollalardır. Necə ki, mətbuatı reket jurnalistlər gözdən salır, həqiqi din xadimlərini də reket mollalar hörmətdən salır».

XS
SM
MD
LG