Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 21:25

REAL sədrinin həbsindən 2 il keçir


İlqar Məmmədov
İlqar Məmmədov

-

REAL Hərəkatı fevralın 4-də İdarə Heyətinin sədri İlqar Məmmədovun həbsindən 2 il keçməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, İlqar Məmmədovun qanunsuz həbsi ilə bağlı Avropa Parlamentinin iki qətnaməsi, Avropa Şurasının Nazirlər Kabinetinin qərarı, Avropa Birliyinin və Avropa Şurasının rəsmilərinin bir neçə bəyanatı, ölkə rəhbərliyi ilə görüşləri və söhbətləri olub: «Hamısında da İlqar Məmmədovun azadlığa buraxılmasının vacibliyi önə çəkilib».

REAL bildirir ki, bütün bu süni maneələr, qanunsuz həbslər, siyasi təqiblər və başqa bənzər ədalətsizliklər ölkəni çox təhlükəli proseslərin içinə salır: «İlqar Məmmədovun və digər siyasi məhbusların şərtsiz azadlığa buraxılması – iqtidarın xarici dövlətlər və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklər hesabına deyil, xalqın qarşısında olan məsuliyyətin nəticəsi olmalıdır».

İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrə görə həbs olunub, 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir.

XS
SM
MD
LG