Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:26

Sayman Aruz. Və qadın...


-

Və qadın
Şairin məktubunu açıb
Uşaqlarına ad seçirdi.
Kağazdan düzənilmiş çörək,
Qəhət illərinin
Abırıdır!
- Bir neçə qırış,
Bir neçə qırış qalırsan
Acı gülümsəməyə!

Hər şey birdən yarandı
Fikirlərimdən başqa
Və azadlıq
Özümün sevdiyim dustaqdır
Güllü,
Pəncərəli,
Güzgülü!
- Bir nerçə qırış,
Bir neçə qırış qalırsan
Acı gülümsəməyə!

Allah bəhanədir
Səni hansısa qadında itirmişəm,
Hansısa mahnıda,
Hansısa qəhət illərinin utanqaclığında.
Mən şəkk elədim
Və inandım.
Hər şey bu qədər sadədir
Bu qədər acı.
- Bir neçə qırış
Bir neçə qırış qalırsan!

Şair dedi:
- Olmamaq
Gedib gəlməməkdən yaxşıdır.
Iki çırağ yandır
Və sədaqətdən
Xəyanət qədər çəkin.
Diri qalan
Intihardan qorxmaz.
Ama selin qarşısında
Dağa sığınar
Və gözləyər!
Aram ol oxucum
Aram ol
- Yalniz bir neçə qırış
Yalnız bir neçə qırış...!
XS
SM
MD
LG