Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:00

Həmid Herisçi. Bu şer mənim Bayıl zindanında ölümə məhkum olunmuş Əhədlə vidalaşmağımdı…















Qalın müqəddəs kitabları açsaq

onlar düz ortasından açılacaq,

onların ilahi düzgünlüyü ilk dəfə

bax burda üzə çıxacaq,

şairin yediyi dilotunun

hansı çöllərdə bitdiyi də

bu kitablardan anlaşılacaq,

tabut adlanan dördbucaq

bu kitabların hikmətiylə yox olacaq…
biz işdən maaş da almasaq
bizi elə o hikmətlər dolandıracaq…

Əhəd, özün bilirsən,

səni güllələyəcəklər,

hələ meyidinin şəklini çəkib

onu cinayət işinə tikəcəklər,

səni bəlkə şimalın zəhərli mədənlərində

İşlədəcəklər….

ancaq, insan gerçək mənada diri olsaydı

o heç vaxt ölməzdi,

bu mənasız aləmin tarlalarında bitən

faniliyin tərəvəzi

ona güc gələ bilməzdi….

Papaqlar bizi göy üzündən,

çəkmələr bizi yer üzündən qorumalıydı,

güllələr səni də, məni də

yerə yıxmamalıydı,

bizim könül dükanlarımızdan

sevgilərin cehizi alınmalıydı,

Əhəd, mən anlayıram, bəlkə ölüm də

bir az həyata oxşamalıydı…

Əhəd, bu şəhərin içində bir- iki ölü şəhər var…

biri Qobustandı, ən qədimi,

o qum altında qaldı,

Səbayıl su altında….

Bayır şəhər, İçəri şəhər, Günəşli….

…. Onlar da göy altında basdırılıb…

Əhəd, Əhəd,

səninlə günəş də vidalaşıb…
XS
SM
MD
LG