Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:22

Balayar Sadiq. Köhnə yol qeydləri, Son məktub


KÖH­NƏ YOL QEYDLƏ­Rİ


Bir ki­lo
söh­bət et­dim
yo­lun kə­na­rın­da­kı ağac­la.
Bu­daq­lar
sır­tıq uşaq ki­mi
zəh­lə­mi tök­dü...

Gör­düm na­ra­hat­lıq­la
ba­şı­nı bu­la­yır
ağa­cın di­bin­də­ki daş -
qaş­la­rı­nı çat­mış hal­da.

Hey­rə­tim­dən
üç metr kəs­dim,
kə­fə­nim ol­sun de­yə...

Sən de­mə,
ömür sa­də­cə
hə­qi­qə­ti ax­tar­maq
cəh­di de­yil­miş...

Ümid
köh­nə yol­dur,
əgər inan­mır­san
üs­tün­də­ki
ayaq iz­lə­rin­dən so­ruş...


NA­RIN­CI RƏNGLİ SÖH­BƏT


Gəl,
hə­qi­qət haq­qın­da
na­rın­cı bir
söh­bət edək...

Mən onun rən­gin­dən,
uca­lı­ğın­dan
söz açım,
Sən isə
enin­dən,
uzu­nun­dan da­nış...

Son­ra bir us­ta ça­ğı­raq,
de­di­yin öl­çü­də
bir ev tik­sin...

Qa­pı­sı­na
bu söz­lə­ri ya­zaq:
“Lüt­fən, ar­zu­la­rı
aya­ğı­nız­dan çı­xa­rın,
dö­şə­mə­yə
hə­qi­qət xal­ça­sı sə­ri­lib”.


SON MƏK­TUB

İçim­də bi­tən
bu ağac
sə­nə yaz­dı­ğım
son mək­tub­dur,
ümi­dim...

Bir bu­da­ğı
qon­şu hə­yə­ti­nə
əyi­lib bu ağa­cın...

Hər ge­cə
yu­xu­ma gi­rir
qon­şu­nun
əlin­də­ki bal­ta...

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG